"Qəbələ"nin UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Omoniya" (Kipr) ilə oyunlar üçün hakim təyinatları müəyyənləşib.

Rekord.az xəbər verir ki, iyulun 27-də Qəbələdə keçirilləcək ilk matçı (saat 20:00) Rumıniya Futbol Federasiyasından Andrey Çivulete idarə edəcək.

Ona Sebastyan George və Daniel Mitruti köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Horatiu Fesnik yerinə yetirəcək.

Avqustun 3-də Kiprdəki cavab görüşünün (Bakı vaxtı ilə saat 21:00) baş hakimi isə İsveç Futbol Federasiyasından Adam Ladebek olacaq.  Markus Lundqren Klitte və Daniel İng köməkçi hakimlər, Yoakim Estlinq dördüncü hakim təyin edilib.