![photo](https://www.rekord.az/storage/uploads/5/2-189.jpg)
“Qəbələ”nin özünəməxsus oyun fəlsəfəsi var” - Avqusti
- 26 İyl 2023 20:52
- 306
Kiprin "Omoniya" komandasının baş məşqçisi Sofronis Avqusti Qəbələdə eyniadlı komandaya qarşı keçirəcəkləri Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan öncə fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, 46 yaşlı mütəxəssis bu gün Qəbələdə baş tutan mətbuat konfransında "qırmızı-qaralar"ın həm müdafiədə, həm də hücumda təşkilatlanmış komanda olduğunu söyləyib:
"Rəqibin özünəməxsus oyun fəlsəfəsi var. Bəzi aparıcı oyunçuları getsə də, heyətində kifayət qədər yaxşı futbolçular var. Onlara qarşı diqqətli olmalıyıq".
Sabah Qəbələ şəhər stadionunda keçiriləcək bu oyuna saat 20:00-da start veriləcək.