![photo](https://www.rekord.az/storage/uploads/5/185366-pqa89vbwxz.jpg)
"Qəbələ"nin rəqibi Polşa klubuna qalib gəldi
- 15 İyl 2023 22:30
- 320
"Qəbələ"nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Omoniya" Polşadakı təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununa çıxıb.
Rekord.az xəbər verir ki, Kipr təmsilçisi Polşanın yüksək liqa klubu "Radomyak"la qarşılaşıb.
“Omoniya” rəqibinə 4:1 hesabı ilə qalib gəlib. Kipr təmsilçisinin qollarını Kakullis, Kulibali, Kusulos və Bezos vurub. Polşa klubunun heyətində isə Fabiano fərqlənib.
Xatırladaq ki, “Qəbələ” və “Omoniya” arasında ilk oyun iyulun 27-də Qəbələdə, cavab görüşü avqustun 3-də Kiprdə keçiriləcək.