![photo](https://www.rekord.az/storage/uploads/5/361847275-623572306541543-8864943988645518099-n-1.jpg)
“Qəbələ”nin rəqibi serbiyalı hücumçu transfer etdi
- 21 İyl 2023 14:14
- 263
“Qəbələ”nin Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi Kiprin “Omoniya” klubu hücumçu transfer edib.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisi Serbiya millisinin futbolçusu Veliko Simiçlə heyətini gücləndirib.
28 yaşlı forvard ölkəsinin “Voyvodina” klubundan alınıb. O, yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
“Qəbələ” “Omoniya” ilə ilk oyununu iyulun 27-də evdə, cavab görüşünü isə avqustun 3-də səfərdə keçirəcək.