![photo](https://www.rekord.az/storage/uploads/5/t-324.jpg)
“Qəbələ”nin rəqibi super kubok matçında məğlub oldu
- 22 İyl 2023 00:44
- 294
Kipr Super Kubokunun qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, həlledici oyunda Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qəbələ”nin rəqibi olan “Omoniya” son ölkə çempionu “Aris”lə qarşılaşıb.
0:2 hesabıyla məğlub olan “Qəbələ”nin rəqibi super kuboksuz qalıb.
Xatırladaq ki, “Qəbələ” ilə “Omoniya” arasındakı ilk oyun iyulun 27-də Qəbələdə, cavab matçı isə avqustun 3-də Kiprdə baş tutacaq.