«Qəbələ»nin sabiq çalışdırıcısı Ramiz Məmmədovun yeni iş yeri müəyyənləşib.

Rekord.az-ın məlumatına görə, vaxtilə Azərbaycanın ən yaxşı baş məşqçisi seçilmiş mütəxəssis fəaliyyətini bundan sonra İranda davam etdirəcək.

«Pro» kateqoriyalı məşqçi «Maşinsazi» ilə anlaşıb. Sonuncu dəfə «Keşlə»də idman direktoru postunu tutan Məmmədov Təbriz klubu ilə 1 illik müqavilə şərtlərini razılaşdırıb.

Bu, təcrübəli mütəxəssisin İrana 3-cü dönşüdür. O, 2001-2004-cü illərdə Arazın o tayında çıxış edib. İ

lk 2 ildə «Peykan»ın formasını geyinən Məmmədov növbəti mövsümdə «Peqah»ın uğurları üçün çalışıb. Bir neçə il öncə isə ora məşqçi kimi qayıdıb, «Damaş»ıın sükanı arxasna keçib.

Ümumiyyətlə, İran Ramiz Məmmədovun məşqçi olaraq çalışacağı ikinci ölkədir.

Azərbaycanın sayılıb-seçilən mütəxəssislərindən biri sayılan millinin keçmiş müdafiəçisi 2011-ci ildə Qazaxıstanda - «Atırau»da işləyib və buradan erməni futbolçu ilə bağlı yaşadığı qalmaqala görə ayrılıb.

«Maşinsazi» yeni mövsümdən Birinci Liqada mübarizə aparacaq. Yaxınlarda Təbriz təmsilçisinin rəhbərliyi dəyişib və yeni gələn idarəçilər iddialı komanda formalaşdırmaq fikrindədir.

Cənubi Azərbaycan klubuna təyinatı ilə bağlı əlavə məlumat almaq üçün R.Məmmədovla əlaqə saxlamağa cəhd göstərdik.

Telefonu bağlı olduğundan, onunla rabitə yaradpa bilmədik. Bununla belə, araşdıırmanı davam etdirdik və öyrəndik ki, o, hazırda İrandadır. (sportinfo.az)