Peşəkar futbolçu karyerasını başa çatdıran “Qəbələ”nin sabiq üzvü Aleksey Antonov məşqçiliyə başlayıb.

Rekord.az xəbər verir ki, ukraynalı futbolçu ölkəsində çalışacaq. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

34 yaşlı Antonov sabiq klubu “Çernomorets”də, baş məşqçi Sergey Kovaletsin köməkçisi olaraq çalışacaq.

Antonov 2015-2016-cı illərdə “Qəbələ”də çıxış edib.