"Qəbələ"nin sabiq futbolçusu Rumıniya klubunda
- 24 Noy 2020 15:49
- 569
“Qəbələ”nin sabiq legioneri İvitsa Juniçin işsiz günləri başa çatıb.
Rekord.az xəbər verir ki, xorvatiyalı müdafiəçinin yeni klubunun adına aydınlıq gəlib.
32 yaşlı mərkəz müdafiəçisi Rumıniya klubu ÇFR-lə anlaşıb. Rumınlar rəsmi sayt vasitəsilə transferi açıqlasa da, müqavilə müddəti barədə məlumat verilməyib.
O, artıq yeni komandasında məşqlərə başlayıb. İvitsa Juniç ötən mövsümün sonunda “Qəbələ”dən ayrılıb.