Məlum olduğu kimi, cari mövsüm “Qəbələ”  ciddi maddi sıxıntılar çəkdi.

Rekord.az xəbər verir ki, hətta klubun çempionatda oynaması da sual altında idi.

Yalnız son anda AFFA bu kluba 1.5 milyon manat yardım ayırmaqla onların dağılmasına imkan vermədi.

Lakin komandanın növbəti mövsüm üçün taleyinin necə olacağı hələlik məlum deyil. Çünki ya klub yeni sponsor tapmalıdır, ya da yenidən federasiyadan maddi yardım almalıdır. Əldə etdiyimiz məlumata görə, “Qəbələ” növbəti dəfə AFFA-ya ağız açsa, federasiya bu dəfə rahatlıqla pul verməyəcək. Daha doörusu, klub qarşısında müəyyın şərtlər qoyulacaq. Hələlik bununla bağlı detallar məlum olmasa da ehtimal olunur ki, federasiya şərt olaraq “Qəbələ”nin bazasından istifadə şərtini irəli sürəcək.