“Qəbələ”nin üzvü millimizdən kənarlaşdırıldı
- 21 Okt 2019 13:21
- 801
Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.
Rekord.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Qəbələ”dən dəvət edilən Sərxan Mirzəzadə zədə səbəbindən hazırlıq prosesindən kənarlaşdırılıb. Onun əvəzində “Neftçi”dən Əfqan Nuriyev toplanışa dəvət olunub.