
"Qəbələ"nin yeni sponsoru ilə "Turan Tovuz"un yeni sponsoru dost çıxdı
- 2023-03-18 11:00
- 337
Xəbər verdiyimiz kimi, Qəbələ” İdman Klubu Azərbaycanın daha bir şirkəti ilə əməkdaşlığa başlayıb və fəaliyyəti isitmə, soyutma, havalandırma, su təchizatı sistemlərinin satışı, quraşdırılması və servisindən ibarət “EUROCLİMA” MMC “Qəbələ” Futbol Akademiyasının forma arxası sponsoru olub.
Rekord.az xəbər verir ki, sözügedən şirkətin təsisçisi Aslan Abdullayev maraqlı bir məsələyə də toxunub.
Saytımıza açıqlama verən Abdullayev bir müddət öncə "Turan Tovuz"la "Huner group" arasında bağlanan müqavilənin də onun üçün stimul olduğunu bildirib: "Huner group"in rəhbəri Ehtiram Quliyevi şəxsən tanıylram və dostluq münasibətimiz var. Ehtiram müəllim 44 günlük Vətən savaşında, Fariz Nəcəfovla birlikdə cəbhədə olublar. "Turan Tovuz"la bağlanan müqavilənin bizim üçün simpul olduğunu da deyə bilərik. Arzu edirəm ki, digər iş adamları da tədrcən futbola axın etsinlər və futbolumuzun gələcək inkişafı naminə əllərindən gələni əsirfgəməsinlər".