“Qəbələ” Misli Premyer Liqasının 11-ci turunun sabah keçiriləcək oyununda “Sumqayıt”ın qonağı olacaq.

Rekord.az xəbər verir ki, görüş Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.

Səfər matçının hazırlığında “qırmızı-qaralar”ın 3 futbolçusu iştirak etməyib. Asif Məmmədov və Fares Abu Akel bərpa prosesini davam etdirirlər. Emil Səfərov isə məşqdə zədələnib. Yarımmüdafiəçinin ayaq biləyinin oynaq bağları zədələnib. O, qarşıdakı həftədə bərpa prosesi keçəcək.

Qapıçı Kristof Atanqana sağalıb və komandaya qoşulub. Ötən oyunda zədə səbəbindən meydana çıxmayan Ahmed Ayzaya qarşıdakı matçda iştirak edəcək. 

Xatırladaq ki, bu gün keçiriləcək “Sumqayıt” - “Qəbələ” görüşü saat 16:00-da başlayacaq.