Bu yaxınlarda "Futbol plus" qəzetinə açıqlama verən "Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlı maraqlı açıqlama ilə diqqət çəkib.

Rekord.az xəbər verir ki, Səfiyarlı hakim idarəçiliyindən narazılıq edərkən belə bir ifadə işlədib: " Hansısa hakim gəlib deyir ki, 5 xal geridəsiz, onsuz da çatmayacaqsız".

Klub rəsmisi ad çəkməsə də, biz kiçik araşdırma aparıb həmin sözü deyən hakimin kimliyini öyrənə bildik. Söhbət "Kəpəz" - "Qəbələ"* matçının dördüncü hakimi olmuş Cavid Cəlilov olub. Belə ki, o, hakimin qərarəndan kəskin narazı qalan "Qəbələ"nin məşqçilər korpusuna bilirdib ki, "onsuz da 5 xal geridəsiniz və çata bilməyəcəksiniz". Maraqlıdır, mövsümün sonuna 13 tur qaldığı halda, Cəlilov hardan bilir ki, "Qəbələ" "Kəpəz"ə çata biləcək, ya yox?