Ötən ilin noyabrında koronavirusa yoluxan və beyin insultu keçirən Qəhrəman Əliyevin xəstəxana şəraitində müalicəsi davam etdirilir.

Rekord.az-ın məlumatına görə, tanınmıış məşqçini özünə gətirmək hələ də mümkün olmayıb.

Həkimlər iflic xəstəliyindən əziyyət çəkən mütəxəssisin nə vaxt ayılacağını proqnozlaşdırmağa çətinlik çəkir. Bakıdan Masallıya dəvət edilən tibbi personal Q.Əliyevi müayinə eləyib.

Məlum olub ki, son 2 həftədə aparılan terapiya heç bir effekt verməyib, pasiyentin səhhətində irəliləyiş dayanıb.