“FIFA series – Edition 2024” layihəsi çərçivəsində bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan – Monqolustan oyunundan sonra təşkil edilən mətbuat konfransında millimizin məşqçisi Arif Əsədov fikirlərini bölüşb.

Rekord.az xəbər verir ki, o, 1:0 hesablı qələbə barədə bunları dilə gətirib:

“İlk qələbə idi. Futbolçuları təbrik edirəm. Çətin oyun olacağını bilirdik. Rəqibin müdafiədən oynadığını təhlillərimizdə görmüşdük. Məşqlərdə bunun üzərində işləmişdik. Belə matçlarda ilk dəqiqələrdə qol vurmaq lazımdır ki, ardı gəlsin. Qələbə qazanacağımıza inanırdım".