“Qələbə qazanmaq istəyimiz yüksək idi”
- 21 Yan 2025 23:19
- 45
“Qələbə qazanmaq istəyimiz yüksək idi və bunu bacardıq”.
Rekord.az xəbər verir ki, bunu "Abşeron"un baş məşqçisi Erhan Toker "Sərhədçi"yə qarşı Azərbaycan Basketbol Liqasının 12-ci turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis qalib gəldikləri görüş barədə danışıb:
Son bir neçə oyunda istədiyimizi edə bilmirdik. Qarşılaşmadan öncə basketbolçularla bu barədə danışığımız oldu. Bu gün oyunçularım hakimlərlə mübahisə etmədilər. Qələbə qazanmaq istəyimiz çox yüksək idi və bunu bacardıq. Bu gün nəticə qazanmaqla bərabər həm də yaxşı oyun nümayiş etdirdik. "Sərhədçi"yə də gözəl oyuna görə təşəkkür edirik".
"Sərhədçi" - "Abşeron" qarşılaşması ikincilərin 85:79 hesablı qələbəsi ilə yekunlaşıb.