“Qələbə qazansaq da, oyundan razı qalmadım”
- 29 Okt 2021 18:32
- 415
UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində bu gün “Yunayted Qalati” ilə qarşılaşan və 5:3 hesabı ilə qələbə qazanan “Araz”ın (Naxçıvan) baş məşqçisi Joze Alesio Da Silva fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlamasında bunları söyləyib:
“Çox çətin oyun oldu. Qələbə qazansaq da, komandamın oyunundan razı qalmadım. Ola bilsin, “Uraqan”a qarşı çox güc sərf etdik, onun yorğunluğundan irəli gəlsin. Başlanğıc yaxşı oldu. Ardıcıl iki qol vurduq. Bunun davamını da gətirə bilərdik. Şanslarımız oldu. Sonra ötürmələrdə çoxlu səhvlərə yol verdik. Uşaqlar istəkli idilər, qələbə qazanmaq üçün çalışdılar. Ancaq səhvlərdən də qaça bilmədik. Həm də bu gün Rumıniya təmsilçisinin iki futzalçısı bizə qarşı oynamadı. Biri zədəli, digəri cəzalı idi. Uşaqlar bunu bilirdilər. Bu da görünür onlarda arxayınlıq yaratdı, konsentrasiyanı itirdi. Çox işləməliyik. Belə oynamamalıyıq. Nizam-intizam çox vacibdir. Udmaq da olar, uduzmaq da. Amma düzgün oynamaq, intizama riayət etmək lazımdir. Yenə deyirim, düzəltməli olduğumuz məqamlar var.
Qrupdakı vəziyyətlə bağlı indi bir söz deyə bilmərəm. Günün ikinci oyununu nəticəsindən çox şey asılıdır. Ona görə də son matça belə qələbə qazanmaq üçün çıxacağıq”.