"Qələbəni şəhidlərimizə və qəhrəman oğullarımıza həsr edirik".

Rekord.az xəbər verir ki, bunu Azərbaycanın cüdo üzrə gənc qızlardan ibarət yığmasının baş məşqçisi Vüqar Hüseynov report-un Çexiyanın paytaxtı Praqaya ezam olunmuş əməkdaşına Avropa çempionatının komanda yarışında bürünc bürünc qazanmaları barədə danışarkən deyib.

Mütəxəssis çempionluq istədiklərini bildirsə də, qazanılan nəticədən də razı qaldığını söyləyib: "Komandamız yüksək səviyyədə çıxış etdi. 3-cü yeri tutduğumuz üçün çox sevincliyik".

O, qələbə münasibətilə başda Azərbaycan Cüdo Federasiyası olmaqla, bütün idmançıları canı-könüldən təbrik edib: "Həm oğlanlar, həm də qızlar sonadək mübarizə apardılar. Biləyimizin gücü ilə bürünc medal qazandıq".