Qərbi Azərbaycan İcması "İrəvan"a maliyyə ayırmaqdan niyə imtina edib? ÖZƏL!
- 25 Apr 2024 14:00
- 443
Mövsümün əvvəlndə I Liqada oynayacağını açıqlayan "İrəvan" haylı-küylü gəldi. Təmtəraqlı təqdimetmə, tort kəsmə, ardıcıl transferlər və s. Komanda mövsümə də pis başlamadı, 3-4 turdan sonra vahid liderliyi ələ keçirdi. Sonradan sanki pişik asqırdı. Hələ Elbrus Məmmədov öz korpusu ilə baş məşqçi postundan ayrılanda maliyyə ilə bağlı müəyyən siqnallar verilmişdi. Klub rəhbəri Zahid Niyazəliyev hər şeyin qaydasında olduğunu desə də, turlar keçdikcə, vəziyyət daha da pisləşdi. Onlara verilən maaşı ala bilmədiklərini bildirən aparıcı futbolçular düşərgəni tərk etdə. Hətta futbolçular bir tur, ümumiyyətlə, meydançaya çıxmaqdan imtina etdilər və komandaya texniki məğlubiyyət verildi. Rəhbərlik sonradan birtəhər heyət toplayıb oyunlara çıxsa da, mövsümün əvvəlində gələn nəticələr gəlmədi. Az sonra Nazim Süleymanovun dəvəti ilə Bakıya gələn qapıçılar üzrə məşqçi Aleksandr Jidkov da klubu tərk etd. Bunlar azmış kimi, komandanın adı şübhəli oyunlarda hallanmağa başladı. Bunun ardınca isə Niyazəliyev həbs olundu. Hazırda isə klubun gələcək taleyi tükdən asılıdır. Bəs niyə hər şey bu cür cərəyan elədi. Rekord.az məsələnin detalları ilə bağlı maraqlı məlumat əldə edib.
Məlum olduğu kimi, kluba Qəbrbi Azərbaycan İcması da maliyyə dəstəyi olmalı idi. Dövlətin bütün klublara ayıracağı 300 min manatdan əlavə, sözügedən qurum ayrıca hər ay "İrəvan"a 29 min manat vəsait ayırmalı idi ki, bu da illik 300 min manatdan artıq vəsait deməkdir. Lakin öncədən bu razılaşma olsa da, sonradan icma rəhbərliyi bu yardımı ayırmaqdan imtina etdi. Səbəb isə çox maraqlıdır. Belə ki, mövsüm öncəsi icmanın rəhbəri, həmçinin Milli Məclisin deputatı Əziz Ələkbərzadə klubun təsisçisi Zahid Niyazəliyevdən xahiş edir ki, qardaşını klubun əsas rəhbər postlarından birinə təyin etsin. Deputat istəyirdi ki, qardaşı da klubda gedən proseslərə nəzarət etsin. Lakin Nizayəliyev Ələkbərzasənin bu istəyini geri çevirir və bildirir ki, "İrəvan"da bütün vacib qərarları yalnız özü verəcək. Təsisçinin bu cavabından sonra icma rəhbəri də öncədən vəd etdiyi vəsaiti kluba köçürməkdən imtina edir.