Qətər millisinin baş məşqçisi Karluş Keyruş vəzifəsindən ayrılıb.

Rekord.az Qətər Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Noyabrda Qətər millisi DÇ-2026-nın seçmə mərhələsinin ikinci mərhələsində Əfqanıstan (8:1) və Hindistanı (3:0) məğlub edib. Yığma 6 xalla A qrupunun cədvəlinə başçılıq edir.

Keyruş bu ilin fevralından Qətər yığmasına rəhbərlik edirdi.