İngiltərənin "Vest Hem" klubunun yol qəzasına düşən futbolçusu Maykl Antonio ən azı bir il yaşıl meydanlardan kənarda qalacaq.


Rekord.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.


Ayağından əməliyyat olunan 34 yaşlı hücumçunun cari mövsüm meydana çıxmayacağı dəqiqdir. Onun reabilitasiyası ilə məşğul olan həkimlərin proqnozlarına əsasən, oyunçunun sağalma müddəti bir ildir.


Maykl Antonionun karyerasını bitirmək ehtimalı da var.


Antonio dekabrın 7-də qəzaya düşüb.