Qılıncoynadanlar Avropa Oyunlarında fərdi mübarizəni medalsız başa vurdular
- 27 İyn 2023 22:40
- 388
Azərbaycan qılıncoynadanları Polşada keçirilən 3-cü Avropa Oyunlarında fərdi mübarizəni medalsız başa vurublar.
Rekord.az xəbər verir ki, Anna Başta ən güclü 16-lığa yüksəkmək uğrunda keçirilən görüşdə qrup mərhələsində məğlub etdiyi polşalı sablyaçı Malgorzata Kozaçukla qarşılaşıb.
11:15 hesabı ilə uduzan idmançımız mübarizəni dayandırmalı olub.
Səbinə Kərimova isə 32-likdə yığmamızın digər üzvü Valeriya Bolşakovanı 15:12 hesabı ilə məğlub edib. Səbinə ən güclü səkkizliyə yüksəlmək uğrunda görüşdə macar Renata Katona ilə qarşılaşıb. Rəqibinə 12:15 hesabı ilə uduzan Kərimova da medal şansını itirib.