Bu gün Polşada keçirilən 3-cü Avropa Oyunlarında qılıncoynatma idman növündə mübarizəyə start verilib.

Rekord.az xəbər verir ki, qılıncoynatmada ilk yarış günündə sablya növü üzrə kişilər arasında şəxsi növdə qaliblər müəyyənləşib.

Sablyaçılarımızdan Murad Əkbərov və Saleh Məmmədov qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib. Maqsud Hüseynli və Ayxan Xasıyev isə mübarizəni qrup mərhələsində dayandırıb. Murad Əkbərov ən güclü 32-liyə yüksəlmək uğrunda keçirilən görüşdə İspaniya təmsilçisi İnaki Bravoya 9:15 hesabı ilə uduzub. Saleh Məmmədov isə pley-offda polşalı Piotr Szczepanikə 5:15 hesabı ilə məğlub olub.