Qılıncoynadanlarımız Almaniyada 32-ci oldu
- 13 Yan 2020 13:21
- 888
Qılıncoynatma üzrə kişilərdən ibarət Azərbaycan millisi Almaniyanın Haydenhaym şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında çıxışını başa vurub.
Rekord.az xəbər verir ki, Kənan Əliyev, Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyevdən ibarət yığmamız turnirin sonuncu günündə komanda yarışında qüvvəsini sınayıb.
Ən güclü 32 komanda sırasına yüksəlmək üçün keçirilən ilk görüşdə şpaqaçılarımız İsveçə qalib gəlsələr də, 1/16 finalda Rusiya yığmasına uduzublar. Yığma yekun sırlamada 32-ci olub. Şpaqaçılarımız yalnız İsveç, Səudiyyə Ərəbistanı və Lüksemburqu qabaqlayıb.