“Səbail”in baş məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının 20-ci turunda doğma meydanda "Kəpəz"ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, o, 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra bunları söyləyib:


“Aşağı pillələrdə çox gərgin mübarizə gedir. Buna görə də psixoloji cəhətdən əlavə hazırlaşmaq lazım idi. Komanda olaraq buna yaxşı hazırlaşmışdıq. Futbolçularımı təbrik edirəm. Əsl mübarizə, xarakter göstərdilər. İki fərqli hissə izlədik. Bu da normaldır. İlk yarıda bir neçə qol epizodumuz oldu. İkinci hissədə məlum idi ki, rəqib irəli atılacaq. Əks-hücumlarımız oldu. Sonda nəticə bizim xeyrimizə olduğu üçün sevinirik. Amma oyun planında üzərində işləməli olduğumuz çox şey var. Mən "Səbail"ə gələndə qış fasiləsinə 5 tur qalmışdı. 5 oyundan 3-ü turnir cədvəlinin ilk pillələrində olan rəqiblərə qarşı oldu. Taktiki baxımdan hazırlaşmaq üçün vaxtımız yox idi. Qış fasiləsində vaxtdan səmərəli istifadə etdik. Futbolçularda taktiki baxımdan xeyli inkişaf görürük. Bu nəticələri gözləyirdik. Güclənmək yönündə işlər aparılır. İki futbolçu istəmişəm. Rəhbərlik bunu yerinə yetirmək üçün çalışır. Hücum xəttini də, müdafiəni də gücləndirmək istəyirik. Rəqabəti hiss etmək üçün bir mövqedə iki oyunçumuz olmalıdır”.