Qitə birinciliyinə 15 taekvondoçu ilə
- 10 Noy 2021 22:20
- 548
Azərbaycanın gənc taekvondoçuları qitə birinciliyinə yollanıb.
Rekord.az xəbər verir ki, 12-15 noyabr tarixlərində Bosniya və Herseqovinada keçiriləcək Avropa birinciliyində ölkəmizi 15 idmançı təmsil edəcək.
Məmməd Abdullayev və Zahid Məmmədovun rəhbərliyi altında oğlanlardan Pünhan Mürsəlov (45 kq), Rahid Vəliyev (48 kq), Səyyad Dadaşov (51 kq), Yusif Qurbanov (55 kq), Fərid Əliyev (59 kq), Nicat İsmayılzadə (63 kq), Nizami Hacıyev (68 kq), Eltac Qafarov (73 kq), qızlardan isə Zemfira Həsənzadə (42 kq), Məryəm Məmmədova (44 kq), Sona Ağayeva (46 kq), Aysu Mammadova (49 kq), Leyla Bəşirova (52 kq), Meylin Məmmədova (55 kq), Fatima Macidova (59 kq) medallar uğrunda mübariz aparacaq.
ATF-in vitse prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Bosniya və Herseqovinaya yola düşən komanda ilə birlikdə beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da ölkəmizi təmsil edəcək. Bu gün Sarayevo şəhərinə yola düşən millimiz 16 noyabrda vətənə dönəcək.