“Real”ın hücumçusu Kərim Benzema ölkə xaricində çıxış edən ən yaxşı fransalı oyunçu seçilib.

Rekord.az xəbər verir ki, Benzema Fransa Futbolçular İttifaqından mükafat almasına münasibət bildirib:

“Mən çox xoşbəxt və qürurluyam. Bu mükafatı qazanmaq çətindir. Çünki ölkə xaricində xeyli istedadlı fransalı futbolçu çıxış edir.

Uşaqlıqda arzuladığım hücumçuya çevrildimmi? Məncə, hə. Statistika mənim üçün ən vacib şey deyil. Çalışıram ki, komandanın mümkün qədər çox qol vurmasına kömək edim.

Təbii ki, “qızıl top”u arzulayıram. Amma onu o vaxt qazana bilərəm ki, komandamın maraqlarını öz maraqlarımdan üstün tutum”.

Benzema bu mövsüm bütün turnirlərdə 44 oyunda 44 qol vurub və 15 məhsuldar ötürmə edib.