Şotlandiyanın Qlazqo və İrlandiyanın Dublin şəhərləri Avro-2020 oyunlarını qəbul etmək hüququndan məhrum oluna bilər.

Rekord.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata əsasən, buna səbəb hər iki ölkənin futbol qurumlarının matçlarda azarkeşlərin iştirakı ilə bağlı UEFA-ya təminat verə bilməməsidir.

Məsələ burasındadır ki, hər iki ölkədə yerli hökumət COVID-19 səbəbindən sərt məhdudlaşdırıcı tədbirlərin tərəfdarıdır.

Avropa Futbol Assosiasiyaları Birliyinin tələblərinə görə isə yarışların keçirildiyi stadionlar ən az 50% dolu olmalıdır.

Hərçənd, UEFA özü də matçlarda azarkeşlərin hansı formatda iştirak edəcəyi barədə yekun qərar qəbul etməyib.