İntizam Komitəsinin iclası keçirilib.

Rekord.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXXV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Sabah” – “Zirə” oyunu bitdikdən sonra meydançaya və komandalar olan dəhlizə akkreditasiyası olmayan şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilib.

“Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra “Qəbələ”nin meneceri Rasim Ramaldanova verilən birbaşa qırmızı vərəqə qərarı ləğv edilib.

“Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra tribunanın “Qəbələ” klubuna aid hissəsindən meydançaya kənar əşya atıldığına görə “Qəbələ” klubu 1600 manat cərimə edilib.

“Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra “Qarabağ”ın futbolçusu Ramil Şeydayev rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanıb, “Qarabağ” klubu 2400 manat cərimə edilib.

“Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt”ın futbolçusu Todor Todoroski rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanıb, “Sumqayıt” klubu 2400 manat cərimə edilib.

“Turan Tovuz” – “Səbail” oyununda “Səbail”in futbolçusu Qoba Zakpa qeyri-etik hərəkət etdiyinə görə 3 oyun cəzalanıb, klubu 1600 manat cərimə edilib.