
Qobustan "Şahin" hərbi-idman oyununun rayon birinciliyi keçirilib.
- 15 Apr 2025 16:00
- 51
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektoru, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Qobustan rayon təhsil sektoru, Qobustan rayon Dövlət Yanğından Mühafizə Hissəsinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qobustan rayon bölməsinin birgə təşkilatçılığı ilə 12 aprel 2025-ci il tarixində gənclərin hərbi vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olan “Şahin” hərbi-idman oyununun rayon birinciliyi keçirildi.
Rekord.az xəbər verir ki, keçirilən yarışda rayonun ümumtəhsil tam orta məktəblərinin X və XI sinif şagirdlərindən ibarət 6 komandası iştirak edib.
Tədbiri Qobustan rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi Elman Salmanov açıq elan etdikdən sonra yarışa start verildi. Yarışın bütün mərhələləri Qobustan İdman Kompleksində keçirilib. Bütün komandalar ardıcıllıqla mərhələləri keçdikdən sonra yekun xalları hakimlər heyyəti tərəfindən hesablanaraq I, II və III yeri tutan komandalar müəyyən olunub: I-yer Cəmcəmli kənd R. Babaşov adına tam orta məktəbin komandası II-yer Qobustan şəhər A.Çernyayevski adına 1 saylı tam orta məktəbin komandası III-yer Cəyirli kənd A.Quliyev adına tam orta məktəbin komandası Qalib gələn komandalar Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin müvafiq diplomları ilə təltif olunublar. Rayon birinciliyində I yeri tutmuş Cəmcəmli kənd R.Babaşov adına tam orta məktəbin komandası "Şahin" hərbi-idman oyununun İsmayıllı şəhərində keçiriləcək zona mərhələsində iştirak etmək hüququ qazanıb.