Qobustanda "27 Sentyabr-Anım Günü" münasibətilə mini-futbol turniri
- 23 Sen 2023 11:22
- 277
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan İdman Kompleksində 4 komandanın iştirakı ilə "27 Sentyabr-Anım Günü" münasibətilə mini-futbol üzrə yeniyetmələr arasında rayon turnirində 2-ci turun ilk oyunu keçirilib.
Rekord.az xəbər verir ki, Qobustan-2 komandası Sündü komandasına 6:4 hesabı ilə qalib gəlib.