Qobustanda ağırlıqqaldıram üzrə ustad dərsi
- 09 Sen 2024 11:45
- 283
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Ağırlıqqaldırma” idman zalında Azərbaycan Respublikasının Əməkdar məşqçisi Şəmsi Səfərlinin rəhbərliyi altında "İdman hamı üçün" layihəsi çərçivəsində ağırlıqqaldırma idman növü üzrə növbəti ustad dərsi keçirilib.
Rekord.az xəbər verir ki, tədbirdə 20 nəfər idmançı və həvəskar yeniyetmə iştirak edib.
Əməkdar məşqçi məşğələ zamanı yeniyetmə idmançılara və həvəskarlara ağırlıqqaldırma idman növü haqqında ətraflı məlumat vermiş və gəncləri bu idman növü ilə məşğul olmağa dəvət etmişlər. İştirakçılar qızışdırıcı fiziki hərəkətləri yerinə yetirdikdən sonra təcrübəli məşqçinin rəhbərliyi altında ağırlıqqaldırmanın birdən və təkanla qaldırma hərəkətlərini yerinə yetirmişlər.
Ağırlıqqaldırma üzrə ustad dərsinin keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliğ olunması, uşaqlar və yeniyetmələr arasında ağırlıqqaldırma idman növünə marağın artırılması və asudə vaxtın səmərəli təşkilidir.