Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Ağır atletika” idman zalında “Heydər Əliyev” ili ilə əlaqədar 2006-2008, 2009-2011 və daha kiçik yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma idman növü üzrə rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin yad olunması, ağırlıqqaldırma idman növünün uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və respublika yarışlarında iştirak edəcək idmançıların müəyyənləşdirilməsidir.

Turnirdə Azərbaycan Respublikasının Əməkdar məşqçisi Şəmsi Səfərlinin, məşqçilər İsmayıl Qurbanov və Xəlifə Qəhrəmanovun 38 yetirməsi iştirak etmişdir.

Ayrı-ayrı çəki dərəcələrində Baxşəliyev Əli, Hümmətov Cahid, Rəcəbli Elgiz, Rəcəbli Elgün, Səfərli Ramazan, Səfərli Aqşin, Nəzərov Nəcəf və Musalı Səidnur qalib gələrək Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.