Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Ağır atletika” idman zalında “2 Fevral- Gənclər Günü“ münasibətilə ağırlıqqaldırma idman növü üzrə yeniyetmələr arasında rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd "2 Fevral - Gənclər Günü"nün qeyd olunması, ağırlıqqaldırma idman növünün uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və yeni mövsümdə respublika yarışlarında iştirak edəcək idmançıların müəyyənləşdirilməsi olmuşdur.

Turnirdə Azərbaycan Respublikasının Əməkdar məşqçisi Şəmsi Səfərlinin, məşqçilər İsmayıl Qurbanov və Xəlifə Qəhrəmanovun 29 yetirməsi iştirak etmişdir.

Ayrı-ayrı çəki dərəcələrində Baxşəliyev Əli, Hümmətov Cahid, Rəcəbli Elgiz, Eyubov Məlik, Səfərli Ramazan, Eyubov Ömər, Nəzərov Nəcəf və Musalı Səidnur qalib gələrək Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə mükafatlandırılmışlar.