Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan “Güləş” idman zalında Ümummilli Lider Heydər Əliyevin xatiəsinə həsr olunmuş cüdo idman növü üzrə yeniyetmələr arasında rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin yad olunması, cüdo idman növünün rayonda uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və yeniyetmələr arasında rayon yığma komandasına namizəd idmançıların müəyyən olunmasıdır.

Ayrı-ayrı çəki dərəcələrində Əkbərli Cahid, Əhmədli Məhəmmədəli, Mirzəyev Hüseyn, Nüseynov Yusif, Abdulrəhmanov Sübhan, Ağa Cavidan, Alcanov Əlirza, Mustafayev Vüqar və digər idmançılar qalib gələrək Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin medal və diplomları ilə mükafatlandırılıblar.