Qobustanda cüdo üzrə master-klass
- 08 Sen 2023 12:20
- 331
"İdman hamı üçün" layihəsi çərçivəsində Qobustan İdman Kompleksində sambo və cüdo üzrə respublika birinciliklərinin mükafatçısı Faiq Atakişiyevin rəhbərliyi altında cüdo idman növü üzrə master-klass təşkil olunub.
Rekord.az xəbər verir ki, master-klass zamanı öncə yeniyetmə idmançılara və həvəskarlara cüdo idman növü haqqında ətraflı məlumat verilib.
İştirakçılar qızışdırıcı fiziki hərəkətləri yerinə yetirdikdən sonra məşqçi Faiq müəllimin rəhbərliyi altında müxtəlif fəndləri mənimsəyərək yerinə yetiriblər.
Cüdo üzrə master-klassın keçirilməsində məqsəd uşaqlar və yeniyetmələr arasında idmanın bu növünə marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.