Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan İdman Kompleksində cüdo idman növü üzrə “Qobustan Şəhidləri”nin xatirəsinə həsr olunmuş 2008-2010 və 2011-2013-cü il təvəllüdlü yeniyetmələr arasında rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd cüdo idman növünün rayonda uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və təlim-məşq proseslərinin təkmilləşdirilməsidir.

Ayrı-ayrı çəki dərəcələrində Bayramsoy Fateh, Eyvazlı Ağamail, Zamanov Ümid, Polad Poladov, Hümmətov Harun, Abdullazadə Nurlan, Turan Cəbrayılov, Kərimli Vüqar, Əhmədov Nəsir, Quluzadə Ruhid və Röyal Qayıblı qalib gələrək Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.

Turnirdə məşqçi müəllimlər Kamal Həsənov, Qüdrət Ələkbərov, Ramin Bayramsoy və Faiq Atakişiyevin 2 yaş qrupu üzrə 52 yetirməsi iştirak edib.