
Qobustanda daha bir turnir keçirilib
- 10:32
- 25
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə futbol üzrə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə gənclər arasında rayon turnirinə start verilib.
Rekord.az xəbər verir ki, rayonun 8 yaşayış məntəqəsindən 8 komandanın iştirakı ilə keçirilən turnirin açılış turunun oyunları aşağıdakı kimi nəticələnib:
“Çalov” – “Poladlı” 5:1
“Yeni Massiv” – “Nabur” 3:0
“Cəmcəmli” – “Yekəxana” 0:3
“Sündü” – “Ərəbşahverdi” 2:9
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə keçirilən turnirə may ayının 10-da yekun vurulacaq.