Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan İdman Kompleksində 4 komandanın iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə yeniyetmələr arasında rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, 60 yeniyetmənin qatıldığı turnirdə Qobustan rayon UGİM-nin yetimələrilə yanaşı, şəhərin 1, 2 və 3 saylı tam orta məktəblərinin də komandaları qüvvələrini sınamışlar.

Sonuncu turda şəhər A.Qayıblı adına tam orta məktəbinin “Qobustan -3” komandasına qalib gələn “UGİM” komandası (məşqçi Fərid Əzizov) 1-ci yeri tutmuşdur. “Qobustan -3” komandası 2-ci, “Qobustan-2” komandası isə 3-cü yerə çıxmışdır.

Yarışın keçirilməsində əsas məqsəd Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin yad olunması, futbol idman növünün uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və yeniyetmələr arasında rayon yığma komandasına namizəd idmançıların müəyyən olunması idi.