Qobustanda güləş turniri keçirilib
- 04 Apr 2024 11:00
- 231
Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə UGİM-in “Güləş” idman zalında sərbəst güləş üzrə 2007-2009-cu il təvəllüdlü yeniyetmələr arasında rayon turniri keçirilib.
Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd sərbəst güləş idman növünün rayonda uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, qruplarda keçirilən təlim-məşq proseslərinin təkmilləşdirilməsi, zona və respublika miqyaslı yarışlarda iştirak edəcək yeniyetmə idmançıların müəyyən olunmasıdır.
Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına uyğun keçirilən yarışda məşqçi-müəllimlər İnqilab Şiraliyev, Pəhlivan Balaqardaşov, Valeh Etibarov və Faiq Şirəliyevin U17 yaş qrupu üzrə 48 yetirməsi iştirak edib. Müxtəlif çəki dərəcələrində Abdiyev Nuran, Balayev Kənan, Şirəliyev Emil, Zahidov Şahin, Ağaməmmədov Bəybala, İsayev Əkrəm, Baxşıyev Ömər, Məlikov Rahil və Atalıyev Rauf qalib gələrək Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.