Şəhid Fədail Nadirov adına Qobustan İstirahət Parkında Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün!" layihəsi çərçivəsində kross qaçışı (1 km) üzrə turnir keçirilib.

Rekord.az xəbər verir ki, turnirin keçirilməsində əsas məqsəd rayonda atletikanın olimpiya fənlərindən olan kross qaçışının yeniyetmə və gənclər arasında təbliği və geniş yayılmasıdır.

Yarışdan əvvəl iştirakçılara kross qaçışı və onun insan orqanizminə faydaları haqqında məlumat verilib.

Turnirdə Şərq döyüş növləri üzrə “Elyar” klubunun üzvləri yanaşı həvəskar yeniyetmə və gənclər iştirak edib.