Qobustanda "Qaçış hamı üçün" idman tədbiri keçirilmişdir
- 08 Yan 2024 11:15
- 236
Dağlıq Şirvan Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Şəhid F.Nadirov adına İstirahət Parkında "İdman hamı üçün" layihəsi çərçivəsində "Qaçış hamı üçün" idman tədbiri keçirilmişdir.
Rekord.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd uşaqlar və yeniyetmələr arasında atletikanın bu növünə marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.
Tədbirdə qaçış həvəskarlarına atletikanın qaçış növünün texnikası və insan orqanizminə faydası haqqında ətraflı məlumat verilmişdir.
Tədbirə qoşulan 25 yeniyetmə isinmə hərəkətlərini yetirdikidən sonra , açıq hava şəraitində kross qaçışı həyata keçirmişlər.