Qobustan Gənclər evində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun və Qobustan Gənclər evinin birgə təşkilatçılığı ilə “17 Noyabr-Milli Dirçəliş Günü” münasibətilə gənclər və böyüklər arasında şahmat idman növü üzrə rayon turniri keçirilib.

Rekord.az xəbər verir ki, turnirin keçirilməsində məqsəd “17 Noyabr-Milli Dirçəliş Günü”nün qeyd olunması, gənclər arasında şahmat idman növünə marağın artırılması, sağlam həyat tərzinə çağırış və asudə vaxtın səmərəli təşkilidir.

Turnirdə hər 2 yaş qrupunda I-III yerləri tutmuş şahmatçılara Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin müvafiq diplom və medalları təqdim olunmuşdur.