Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə UGİM-nin “Güləş” idman zalında 20 Yanvar- Ümumxalq Hüzn günü münasibətilə yeniyetmələr arasında sərbəst güləş üzrə rayon turniri keçirilmişdir.

Rekord.az xəbər verir ki, yarışın keçirilməsində əsas məqsəd 20 Yanvar Şəhidlərinin əziz xatirəsinin yad olunması, sərbəst güləş idman növünün rayonda uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, yeni tədris ilində təlim-məşq proseslərinin təkmilləşdirilməsi, 2024-cü ildə zona və respublika miqyaslı yarışlarda yeniyetmə idmançıların müəyyən olunmasıdır.

Beynəlxalq Güləş Federasiyasının mövcud qaydalarına uyğun keçirilən yarışda məşqçi-müəllimlər İnqilab Şiraliyev, Pəhlivan Balaqardaşov, Valeh Etibarov və Faiq Şirəliyevin 2 yaş qrupu üzrə 50 yetirməsi iştirak edib. Müxtəlif çəki dərəcələrində qaliblər Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılmışlar.