Qobustdanda daha bir idman tədbiri
- 12 Apr 2024 11:45
- 245
"İdman hamı üçün" layihəsi çərçivəsində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsi Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə “Güləş” idman zalında cüdo üzrə Qobustan UGİM-nin baş məşqçi-müəllimi Qüdrər Ələkbərovun rəhbərliyi altında cüdo idman növü üzrə master-klass təşkil olunub.
Rekord.az xəbər verir ki, master klass zamanı yeniyetmə idmançılara və həvəskarlara cüdo idman növü haqqında ətraflı məlumat verilib. İştirakçılar qızışdırıcı fiziki hərəkətləri yerinə yetirdikdən sonra təcrübəli məşqçi Qüdrət müəllimin rəhbərliyi altında müxtəlif fəndləri mənimsəyərək yerinə yetirmişlər.
Cüdo üzrə master-klassın keçirilməsində məqsəd uşaqlar və yeniyetmələr arasında idmanın bu növünə marağın artırılması, sağlam həyat tərzinə çağırış, təlim-məşq proseslərinin təkmilləşdirilməsi və asudə vaxtın səmərəli təşkilidir.