"Qaradağ Lökbatan"ın bir neçə mövsümdür ki, dağılacağına dair söhbətlər gündəmə gəlsə də komanda hələ ki, fəaliyyətini davam etdirir.

Rekord.az xəbər verir ki, bunun əsas səbəbkarı Sadıq Sadıqovdur.

Klubun büdcəsi SOCAR-dan gəlir. Bu mənada AFFA onun üçün heç bir əhəmiyyət kəsb etməyən komandanın mövcudluğunda maraqlı deyil. Lakin Sadıqov "Qaradağ Lökbatan"ın yaşaması üçün bütün imkanlardan istifadə edir. Deyilənə görə bu, səbəbsiz deyil. çünki Lökbatan təmsilçisinin prezidenti Tahir Mustafayev Sadıq Sadıqovun qohumudur.