“Qol epizodlarını reallaşdırmaqda problemlərimiz var” - Azər Bağırov
- 20:00
- 40
“Kəpəz”nin baş məşqçisi Azər Bağırov Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçisəvində “Neftçi”yə qarşı keçirdikləri ev oyunundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:2 hesablı məğlubiyyətə üzüldükləri matçla bağlı bunları söyləyib:
"Maraqlı oyun oldu. Yeni futbolçuları meydanda görmək şansımız da var idi. Məncə, pis təsir bağışlamadılar. Elə komandayıq ki, qollar vurmalıyıq, epizodlarımız var. Sadəcə onları reallaşdırmaqda problemlərimiz yaranır. Hər hissədə 3-4 epizodumuz oldu ki, şans bizim tərəfdə deyildi. Xeyirlisi. Hər şey irəlidədir”.