AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Misli Premyer Liqasının 20-ci turunda keçirilmiş "Qarabağ" - "Turan Tovuz" oyunundakı mübahisəli epizodla bağlı fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, 58 yaşlı mütəxəssis qarşılaşmanın 89-cu dəqiqəsində Tovuz təmsilçisinin vurduğu qolla bağlı danışıb.


O, qolun qaydalar çərçivəsində vurulduğunu söyləyib:


“Turan Tovuz”un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top “Turan Tovuz”un oyunçusu Kauan Martinsin önünə düşür və o, fərqlənir. VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçün hesaba alınıb".


"Turan Tovuz" rəqibini 2:1 hesabı ilə məğlub edib.