Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan “Qol U-15” II beynəlxalq futbol turnirinə yekun vurulub.

“Rekord.az” xəbər verir ki, “ASCO Arena”da keçirilən final oyununda “U-15 Akademiya” (Belarus) “Zirə”yə 5:1 hesabı ilə qalib gələrək, turnirin çempionu olub.

“Zirə” gümüş medala, 3-cü yer uğrunda matçda “Turan Tovuz”a qalib gələn “Neftçi” (0:0, penaltilər seriyasında 7:6) isə bürünc mükafata yiyələniblər.

Fateh Əsgərzadə (“Neftçi”) turnirin ən məhsuldar oyunçusu olub. Ən yaxşı oyunçu Xəqan Şükürov (“Zirə”), ən yaxşı qapıçı isə Safi Rüstəm (“U-15 Akademiya”) seçiliblər.

Sonda qaliblərin mükafatlandırma mərasimi keçirilib. Onlara mükafatları gənclər və idman nazirinin müavini Mariana Vasileva, həmçinin nazirliyin və AFFA-nın məsul şəxsləri, tanınmış futbolçular təqdim ediblər.