“Qol vurmaq üçün real imkanımız oldu” – Samir Əliyev
- 26 Mar 2024 19:29
- 191
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyevin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün "Qarabağ Arena"da Ukrayna yığması ilə keçirilən oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyəti belə şərh edib:
"Qrupumuzun liderinə qarşı oynayırdıq. Ukrayna futbolu tarixən həmişə öndə olub. Bu ölkədə hər zaman güclü futbolçular yetişib. Aşağı yaş qruplarından ibarət yığma komandaları hər zaman Avropa çempionatlarında iştirak edib və edirlər. Əbəs yerə qrupda bütün oyunlarını qələbə ilə başa vurmayıblar və təsadüfi deyil ki, birinci pillədə qərarlaşıblar. Martın 22-də İngiltərə ilə keçirilən oyundan sonra futbolçuları bu matça həm psixoloji, həm də fiziki olaraq hazırlamaq çox çətin oldu. Oyuna gəlincə, hesabda geri düşməyimizə baxmayaraq, bizim də qol vurmaq üçün real imkanımız oldu. Lakin Nəriman Axundzadə bundan istifadə edə bilmədi. Hesab 0:2 olanda isə futbolçular dərk edirdilər ki, geridönüş etmək çətin görünür. Bu vəziyyətdə Xəyal Əliyev və Rüfət Abbasov kimi daha gənc futbolçuları meydana buraxdıq ki, ən azından ab-havanı hiss etsinlər".